Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq

A- A A+

Türkiyə parlamentinin Kürd Fəhlə Partiyasının (PKK) tərk-silahı üzrə komissiyasının birinci iclası avqustun 5-nə planlaşdırılıb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Numan Kurtulmuş bildirib.

"Komissiyanın bütün üzvlərini avqustun 5-də keçiriləcək birinci iclasa dəvət edirəm", - “TRT Haber” telekanalı N.Kurtulmuşdan sitat gətirib.

Xəbər verildiyi kimi, parlamentdə təmsil olunan bütün partiyaların deputatlarından ibarət olan komissiya PKK-nın tərk-silah prosesinin qanunvericilik bazasının hazırlanmasını həyata keçirəcək. Parlamentin payız sessiyasının keçiriləcəyi oktyabr ayına qədər antiterror aktlarına və cəzaların icrası haqqında qanuna dəyişikliklər də daxil olmaqla təkliflərini hazırlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: