“TRT Haber”: Azərbaycan qazı sayəsində Suriya əhalisi sutkada on saat elektrik enerjisi ilə təmin ediləcək

A- A A+

Azərbaycandan təbii qazın tədarükü sayəsində Suriya əhalisi sutkada on saat elektrik enerjisi ilə təmin olunacaq, halbuki bu gün suriyalıların evləri gündə cəmi 3-4 saat işıqlandırılır.

NUHÇIXAN xəbər verir ki, bu barədə “TRT Haber” telekanalının avqustun 2-də Azərbaycan qazının Türkiyənin Kilis vilayəti vasitəsilə Suriyaya nəqlinin plana uyğun olaraq başlanmasına həsr olunmuş reportajında deyilir.

Telekanal xatırladır ki, uzunmüddətli silahlı münaqişə zamanı Türkiyə ilə Suriya arasında zədələnmiş qaz kəməri mayın sonunda bərpa edilib və bu, qonşu ölkəyə ildə 2 milyard kubmetrə qədər qaz nəql etməyə imkan verir.

“Azərbaycan qazının tədarükü Hələb əyalətindəki elektrik stansiyasına 1200 meqavata qədər elektrik enerjisi istehsal etməyə imkan verəcək ki, bu da Suriyada elektrik enerjisi istehsalını iki dəfə artıracaq”, -deyə telekanal diqqətə çatdırır.

Reportajda Azərbaycan və Qətərin Suriyada enerji böhranının aradan qaldırılmasına verdiyi töhfələr barədə danışan Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın sözlərinə istinad olunur. Bununla yanaşı, nazir 1,6 milyon suriyalı abonenti elektrik enerjisi ilə təmin edəcək Türkiyədən Suriyaya (280 meqavata qədər) elektrik enerjisi nəqlinin həcmini artırmaq planlarını da bölüşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: