Tədqiqat: Tənəffüs yolları infeksiyaları “yatmış” xərçəng hüceyrələrini aktivləşdirə bilər

A- A A+

COVID-19 və qrip kimi tənəffüs yolları infeksiyaları insan orqanizmində illərlə “yatmış vəziyyətdə” qalan xərçəng hüceyrələrini oyadaraq onların sürətlə yayılmasına səbəb ola bilər.

NUHÇIXAN “Independent”ə istinadla xəbər verir ki, alimlər siçanlar üzərində apardıqları təcrübələr nəticəsində bu qənaətə gəliblər. Araşdırmalar göstərib ki, COVID və ya qrip virusuna məruz qalan siçanlarda orqanizmdəki gizli xərçəng hüceyrələri aktivləşərək qısa müddətdə sürətlə yayılıb.

Tədqiqat barədə məlumat “Nature” jurnalında dərc olunub. Qeyd edilib ki, bu prosesə səbəb olan əsas amil interleykin-6 (IL-6) adlı zülaldır. Bu zülal immun hüceyrələri tərəfindən infeksiyalara və ya zədələrə cavab olaraq ifraz edilir və məhz bu molekul xərçəng hüceyrələrinin “oyanmasına” və aktivləşməsinə səbəb olub. Alimlər bu nəticələrin gələcəkdə xərçəngin müalicəsi və profilaktikası üçün vacib rol oynaya biləcəyini bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: