Britaniya qanunsuz miqrasiya ilə mübarizəyə əlavə 100 milyon funt ayıracaq

A- A A+

Böyük Britaniya hökuməti La-Manş boğazı üzərindən qanunsuz miqrasiyanın qarşısını almaq və insan qaçaqmalçılığı ilə mübarizəni gücləndirmək məqsədilə əlavə 100 milyon funt sterlinq ayırıb.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi bu vəsaitin Milli Cinayətkarlıq Agentliyinə (NCA) əlavə 300 əməkdaşın cəlb edilməsi, eləcə də yeni texnologiya və avadanlıqların alınmasına sərf olunacağını açıqlayıb.

Bu il iyulun sonunadək Fransadan Britaniyaya kiçik qayıqlarla keçən miqrantların sayı 25 mini ötərək rekord həddə çatıb. Daxili işlər naziri İvet Kuper yeni vəsaitin insan qaçaqmalçılığı ilə məşğul olan şəbəkələrin izlənməsi və ifşa olunmasına ciddi təkan verəcəyini bildirib. Ayrılan yeni vəsait həm də sərhəd təhlükəsizliyinin gücləndirilməsinə, Avropa, Yaxın Şərq, Afrika və digər bölgələrdə fəaliyyət göstərən qaçaqmalçılıq şəbəkələrinin rəhbərlərinin hədəfə alınmasına yönələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: