İldə iki dəfə - qış vaxtından yaya və əksinə saat əqrəblərinin çəkilməsi insanların sağlamlığı, xüsusən də yaşlılar və uşaqlar üçün çox pis nəticələnir.
NUHÇIXAN xəbər verir ki, bu günlərdə Avropa Parlamentinin tribunasından bu cür fikirlər səslənib. Deputatlar bildiriblər ki, əgər saat əqrəblərinin çəkilməsi ilə üzv dövlətlər arasında ziddiyyət yaranarsa, o zaman çoxsaylı fəaliyyət sahələrinin yenidən uyğunlaşdırılmasına çox vaxt lazım olacaq və bu, 2021-ci ildən tez başa çatmayacaq. Avropa Parlamenti elmi tədqiqatlara istinadla qətnamədə qeyd edir ki, xüsusən kənd təsərrüfatı və yol hərəkəti təhlükəsizliyi baxımından bu praktikanın mənfi nəticələri daha çoxdur.
Həmçinin bildirilir ki, Avropa Komissiyası rəyi soruşulanların 84 faizinin qış və yay vaxtına keçidlə bağlı saat əqrəblərinin çəkilməsinin ləğvinə tərəfdar olmasına istinad edərək, artıq bu ilin aprelindən illik yay vaxtına keçidin ləğv olunmasını təklif edib.