Bu həftə Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında görüş keçirilə bilər.
NUHÇIXAN Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz belə bir görüşün keçirilməsi ehtimalını istisna etmirik", - o qeyd edib.
Bununla belə, Peskov təşəbbüsün kimə aid olduğunu dəqiqləşdirməyib.
"Biz cənab Uitkoffu Moskvada görməyə və onunla təmasda olmağa həmişə şadıq. Biz bu əlaqələri vacib, məzmunlu və çox faydalı hesab edirik", - o vurğulayıb.