Türkiyə Böyük Millət Məclisinin (TBMM) tərkibində yaradılmış Terrorsuz Türkiyə Komissiyasının ilk iclası bu gün keçiriləcək.
NUHÇIXAN-ın "Anadolu"ya istinadən məlumatına görə, 11 siyasi partiyanın 51 nümayəndəsinin qatılacağı komissiyanın ilk iclasına TBMM sədri Numan Kurtulmuş rəhbərlik edəcək.
Bildirilir ki, ilk iclasda komissiyanın iş qaydası və prinsipləri müəyyənləşdiriləcək.
Xatırladaq ki, Terrorsuz Türkiyə Komissiyası PKK terror təşkilatının özünü ləğv etməsi və silahları təhvil verməsindən sonra yeni reallığın hüquq müstəvisində təsbit edilməsi məqsədilə qurulub.