Azərbaycan Mərkəzi Bankı bu gün 10 000 İran rialının məzənnəsini 0,4048 manat müəyyyən edib.
NUHÇIXAN xəbər verir ki, bu, ötən günlə müqayisədə 13,8 dəfə çoxdur.
Xatırladaq ki, İran parlamenti ölkənin milli valyutasının denominasiya edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb. Sənədə əsasən, 1 yeni rial 10 min indiki riala bərabər götürüləcək, eyni zamanda dövriyyəyə geran adlı dəmir pul buraxılacaq. 1 yeni rial 100 gerana bərabər olacaq. Bu, ötən əsrin 90-cı illərindən bəri islam respublikasında ilk pul islahatı olacaq.