İsrail yerli ticarətçilər vasitəsilə Qəzzaya malların mərhələli və nəzarətli idxalına icazə verəcək.
NUHÇIXAN-ın “Al Arabia”ya istinadən verdiyi məlumata görə, bu barədə İsrailin COGAT hərbi agentliyi bildirib.
"Bu, yardımın həcmini artırmağa və eyni zamanda, BMT və beynəlxalq təşkilatlardan asılılığı azaltmağa yönəlib", - məlumatda deyilir.
Xatırladaq ki, bazar günü HƏMAS İsrailin müəyyən şərtləri yerinə yetirəcəyi təqdirdə Qəzzadakı girovlara yardımın çatdırılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Fələstin rəsmiləri və BMT nümayəndələrinin sözlərinə görə, Qəzzaya gündə təxminən 600 yük maşını ilə humanitar yardımın çatdırılmasına ehtiyac var - bu, İsrailin müharibədən əvvəl anklava göndərilməsinə icazə verdiyi miqdardır.