KİV: Netanyahu Tramp və Putin arasında gərginliyin azaldılmasında vasitəçi kimi çıxış edir

A- A A+

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında gərginliyin azaldılmasında vasitəçi kimi çıxış edir.

NUHÇIXAN “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Netanyahuya yaxın mənbələr bildirib.

Məlumata görə, Netanyahu və Putin arasında telefon danışıqlarının bir hissəsi ictimaiyyətə açıqlanıb, lakin bəzi təmaslar məxfi olaraq qalır.

Bu məlumat Trampın Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin təcavüzkar bəyanatlarına cavab olaraq ABŞ-nin iki sualtı atom qayığının "müvafiq regionlara" yerləşdirilməsi barədə göstəriş verməsindən bir neçə gün sonra yayılıb.

Bundan əlavə, Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun Ukrayna ilə atəşkəs danışıqları aparmaq üçün Rusiyaya gedəcəyini bildirib. ABŞ lideri danışıqlarda irəliləyişin əldə edilməyəcəyi təqdirdə yeni iqtisadi sanksiyaların tətbiq ediləcəyi ilə hədələyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: