BMT-nin Baş katibi Antonio Quterreş dünya birliyini dənizə çıxışı olmayan ölkələri dəstəkləmək üçün səylərini artırmağa çağırıb.
Bu barədə NUHÇIXAN Türkmənistanın Beynəlxalq İnformasiya Mərkəzinə istinadən xəbər verir.
"Onlar həm inkişaf etməkdə olan ölkələr kimi, həm də dənizə çıxışı olmayan ölkələr kimi ikiqat əziyyət çəkirlər. Bu, onların ticarət imkanlarını məhdudlaşdırır, idxalı daha baha edir, ixracın rəqabət qabiliyyətini azaldır və beynəlxalq bazarlara çıxışı çətinləşdirir", - A.Quterreş bildirib.
Xatırladaq ki, Türkmənistanda BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı keçirilir.