Böyük Britaniyada son 50 il ərzində ilk dəfə olaraq raket buraxılışı baş tutacaq.
NUHÇIXAN “Telegraph”a istinadla xəbər verir ki, bu ölkədə yerləşən “Skyrora” şirkəti Şotlandiyanın Şetland adasında yerləşən Saxavord kosmodromundan 16 vertikal buraxılış həyata keçirmək üçün ilk dəfə rəsmi lisenziya alıb. Bu, Böyük Britaniyada 1970-ci illərdə həyata keçirilmiş “Black Arrow” proqramından sonra ilk vertikal raket buraxılışı olacaq.
Şirkət gələcəkdə peykləri orbitə çıxarmaq üçün daha böyük raket hazırlamağı da planlaşdırır. Böyük Britaniyanın aviasiya və kosmos naziri Mayk Keyn bu hadisəni ölkənin kosmos sənayesində mühüm mərhələ adlandırıb.