ABŞ Ukraynaya M777 haubitsa avadanlığının satışı ilə bağlı çox müqaviləni təsdiqləyib

A- A A+

ABŞ Dövlət Departamenti Ukraynaya M777 haubitsa avadanlığının, təmiri, maddi-texniki təchizatı xidmətlərinin təxminən 104 milyon dollara satışını təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Reuters” Pentaqona istinadən məlumat yayıb.

Bundan əlavə, Dövlət Departamenti Ukraynaya nəqletmə və konsolidasiya xidmətlərinin mümkün satışını təsdiqləyib. Pentaqona görə, müqavilənin dəyəri təxminən 99,5 milyon dollar ola bilər.

“Təklif olunan tədarüklər Ukraynanın özünü müdafiə etmək və regional sabitlik missiyalarını yerinə yetirmək qabiliyyətini artırmaqla ABŞ-nin xarici siyasət məqsədlərini və milli təhlükəsizlik maraqlarını dəstəkləyəcək”, - məlumatda deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: