Kremldə Putin ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi arasında görüş keçirilib

A- A A+

Kremldə Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş başa çatıb.

NUHÇIXAN xəbər verir ki, söhbət üç saata yaxın davam edib. S.Uitkoff çərşənbə günü səhər saatlarında Moskvaya gəlib. Onu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Qeyd edək ki, bu, Uitkoffun cari ilin əvvəlindən bəri Rusiyaya 5-ci səfəridir. Bundan əvvəlki səfər aprelin 25-də baş tutub. Daha sonra o, Putin tərəfindən də qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: