Media: İraq neftinin Türkiyənin Ceyhan limanına nəqli tezliklə bərpa olunacaq

A- A A+

İraq neftinin Türkiyənin Ceyhan limanı vasitəsilə ixracı yaxın günlərdə bərpa olunacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Kərkükün şimalında səfərdə olan İraqın neft naziri Hayyan Abdel Qəni məlumat verib.

İraqlı nazirin Türkiyə mətbuatının avqustun 6-da yaydığı çıxışının mətnində Bağdaddakı mərkəzi hökumət ilə Ərbildə yerləşən regional administrasiya arasında Türkiyəyə neft nəqlinin bərpası ilə bağlı razılığın əldə edildiyi qeyd olunub.

İlk mərhələdə Kərkük-Ceyhan boru kəməri ilə gündəlik 80 min barel İraq neftinin nəqli planlaşdırılır.

İraq neftinin Türkiyəyə nəqli 2023-cü il martın 25-də dayandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: