Martın 7-də Cenevrə beynəlxalq avtosalonunda avtomobil həvəskarlarına dünyanın hazırda ən bahalı avtomobili təqdim olunub. “Bugatti” şirkətinin istehsalı olan “La Voiture Noire” adlı avtomobildən dünyada cəmi bir ədəddir.
NUHÇIXAN xəbər verir ki, “Bugatti Chiron” bazası əsasında hazırlanmış 16 silindrli superlativ avtomobil 1500 at gücündədir. Avtomobilin netto qiyməti 11 milyon avroya bərabərdir və hazırda dünyanın ən bahalı yeni model avtomobili hesab edilir.
“Volkswagen” konserninin tərkibində olan “Bugatti” şirkətindən mətbuata verilən açıqlamada yeganə nüsxədə istehsal olunmuş avtomobilin artıq satıldığı da qeyd edilib.