Misirdə Luksor muzeyinin anbarında firon Tutanxamonun qayığının miniatür modelinin təxminən yarım əsrdir itirilmiş sayılan çatışmayan detalları aşkarlanıb. Tapıntılar 1973-cü ildən itirilmiş hesab edilirdi.
NUHÇIXAN Live Science informasiya satına istinadla xəbər verir ki, söhbət 1922-ci ildə Luksor şəhəri yaxınlığındakı Çarlar vadisində Tutanxamonun sərdabəsini aşkarlayan Britaniyalı arxeoloq Qovard Karterin tapdığı artefaktlardan söhbət gedir.
Muzey anbarındakı yeşiklərin birində taxta dor ağacı və qayığın miniatür modelinin digər elementləri tapılıb. Vəfat edənlərin o biri dünyada üzə bilmələri və balıqçılıqla məşğul olmaları üçün həmin əşyalar sərdabələrə qoyulurdu.
Firon Tutanxamon (e.ə. 1341-1323-cü illər) Qədim Misirin Yeni Çarlıq dövrünün ən görkəmli hökmdarlarından biri hesab olunur. O, 20 yaşında müəmmalı ölümü və XX əsrin ortalarına aid bulvar mətbuatının məlumatına görə, açılmasında iştirak edən bir neçə arxeoloqun məhvinə səbəb olan “lənətlənmiş” sərdabəsi ilə alimlərin diqqətini cəlb edib.