Qanada üç günlük matəm elan edilib

A- A A+

Qana hökuməti avqustun 7-dən etibarən ölkədə üç günlük matəm elan edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Afrika News" məlumat yayıb.

Matəm elan edilməsinə səbəb hərbi helikopterin qəzaya uğramasıdır. Onun göyərtəsindəki səkkiz nəfərin hamısının həlak olub.

Bildirilib ki, matəm günlərində dövlət bayraqları endiriləcək. Qana hökuməti qəzanı milli faciə adlandırıb.

Paytaxt Akkradan uçuşdan sonra hava gəmisi radarlardan itib. Onun qalıqları Aşanti bölgəsində aşkarlanıb.

Həlak olanlar arasında müdafiə naziri Edvard Oman Boama və ətraf mühit, elm və texnologiyalar naziri İbrahim Murtala Muhammed var. Helikopterdə daha üç məmur və üç ekipaj üzvü olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: