Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qütb Bölgələri Koordinasiya Şurasının yaradılması barədə qərar imzalayıb.
NUHÇIXAN "Resmi Gazete"yə istinadən xəbər verir ki, qərarda Türkiyənin "Milli Qütb Elmləri Strategiyası (2023-2035)" ilə təsbit olunmuş hədəflərə nail olmaq üçün hər iki qütb bölgəsində beynəlxalq mövqeyinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Buna görə də qütb bölgələrindəki hadisələri izləmək, Türkiyənin həmin bölgələrlə bağı strategiyasını müəyyənləşdirmək və davamlılığını təmin etmək, həmçinin o ərazilərdə aparılan milli tədqiqatları yönləndiurmək məqsədilə Qütb Bölgələri Koordinasiya Şurasının yaradıldığı qeyd olunub.
Sənaye və texnologiya nazirinin rəhbərlik edəcəyi şuraya ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi, xarici işlər, energetika və təbi sərvətlər, milli müdafiə, kənd təsərrüfatı və meşəçilik, ticarət və nəqliyyat və infrastruktur nazirlərinin müavinləri ilə Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) rəhbəri ilə TÜBİTAK Maramara Araşdırma Mərkəzinin Qütb Araşdırmaları İnstitutunun direktoru daxil edilib.