Vaşinqtonun Moskvaya qarşı bundan sonrakı addımları Rusiya prezidenti Vladimir Putindən asılı olacaq.
NUHÇIXAN-ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Trampa Rusiya və Ukrayna arasında münaqişənin həlli üçün müəyyən etdiyi müddətin hələ də qüvvədə olub-olmaması ilə bağlı sual verilib.
"Bu ondan (Rusiya lideri - red.) asılı olacaq. Onun nə deyəcəyini görəcəyik", - deyən Tramp Rusiya rəhbərliyinin mövqeyindən narahat olması barədə tezisini təkrarlayıb.