Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisi üzrə işlərin dəyəri 14-15 milyard ABŞ dolları təşkil edə bilər.
NUHÇIXAN Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev AES-in tikintisi üzrə işlərin başlanması mərasimində deyib.
"Layihəyə yönəldilən investisiyaların məbləği təxminən 14-15 milyard ABŞ dolları təşkil edəcək", - o bildirib.
Tikinti işlərinin 2035-2036-cı illərdə yekunlaşacağı gözlənilir.