İranda Tehran-Kerman sərnişin qatarı relsdən çıxıb aşması nəticəsində 30 nəfər xəsarət alıb.
NUHÇIXAN İRNA-ya istinadən xəbər verir ki, bu barədə Zərənd şəhərinin icra başçısı Rza Hüseyninejad bildirib.
Onun sözlərinə görə, qatarda 450 sərnişin olub və onlar bir neçə avtobusla Zərənd və Kerman şəhərlərinə yola düşüblər.
İcra başçısı deyib ki, hadisə yerində xilasedicilər var. Qəzanın səbəbləri ixtisaslaşmış qruplar tərəfindən araşdırılır.