Rusiya XİN Trampla Putinin görüşündən gözləntilərini açıqlayıb

A- A A+

Amerika lideri Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında gözlənilən görüş ikitərəfli münasibətlərin sonrakı normallaşmasına səbəb ola bilər.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri “İzvestiya”ya müsahibəsində xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Ümid edirik ki, qarşıdan gələn görüş ikitərəfli münasibətlərin normallaşmasına təkan verəcək və bu, bizə bu kimi məsələlərin həllində (hava hərəkətinin bərpası – Qeyd) irəliləməyə imkan verəcək”, - Ryabkov bildirib.

Eyni zamanda diplomat vurğulayıb ki, bu, danışıqların əsas mövzusu olmayacaq, çünki iki dövlətin liderləri diqqəti başqa məsələlərə yönəldəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: