Robert Köçəryan və digərlərindən 1 mart zorakılığı qurbanlarına ayrılan 670 milyon dramın kompensasiyası tələb edilir

A- A A+

Ermənistan Baş Prokurorluğu respublikanın ikinci prezidenti Robert Köçəryandan və digər məmurlardan 2008-ci il 1 mart etirazlarında baş vermiş zorakılığın qurbanlarına və onların yaxınlarına 670 milyon dram məbləğində (təxminən 1,7 milyon ABŞ dolları)  təzminat tələb edir.

NUHÇIXAN erməni mediasına istinadən xəbər verir ki, 11 avqust 2025-ci il tarixdə Ermənistan Baş Prokurorluğu dövlət maraqlarının müdafiəsi üçün respublikanın ikinci prezidenti olmuş Robert Köçəryana, keçmiş milli təhlükəsizlik şurasının katibi Armen Gevorqyana, sabiq müdafiə naziri  Seyran Ohanyana və silahlı qüvvələrin baş qərargah rəisi olmuş Yuri Xaturova qarşı iddia qaldırıb. Ermənistan Respublikası tərəfindən müştərək qaydada, yəni hər birindən bərabər məbləğdə kompensasiya edilmiş 670 milyon dram (təxminən 1,7 milyon ABŞ dolları) zərərin ödənilməsi istənilib. İddia Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə verilib və icrası hakim Aşken Qarslyana həvalə edilib. Məhkəmə işin qəbul edilib-edilməməsi ilə bağlı hələ qərar verməyib.

Xatırladaq ki, Ermənistanda 2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkilərinin ilkin nəticələri dərc olunandan dərhal sonra prezidentliyə namizəd Levon Ter-Petrosyan tərəfdarlarını İrəvanın mərkəzində, Azadlıq meydanında toplaşaraq seçki prosesi zamanı baş vermiş qanun pozuntularına etirazlarını bildirməyə çağırmışdı. Ter-Petrosyan və tərəfdarları seçkilərin azad və ədalətli olmadığını iddia edirdilər. 2008-ci il martın 1-də səhər tezdən 9 günlük etirazlardan sonra polis əməkdaşları Azadlıq meydanını bütün nümayişçilərdən təmizləyərək bağlayıb. Nümayişi dağıdarkən odlu silahdan istifadə edilib. Baş verən qarşıdurmada 10 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Ermənistanda 2008-ci il 1 mart terroru ilə bağlı cinayət işi üzrə adları hallanan məmurlar konstitusiya quruluşunu devirməkdə də ittiham olunurlar.

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: