Avstraliya və Vanuatu arasında 327 milyon dollarlıq saziş imzalanacaq

A- A A+

Avstraliya və Vanuatu Çin tərəfindən artan rəqabət fonunda iqtisadi və müdafiə əlaqələrini gücləndirmək məqsədilə 500 milyon Avstraliya dolları (327,4 milyon dollar) məbləğində sazişin bağlanması barədə razılığa gəlib.

Bu barədə NUHÇIXAN “Reuters” agentliyinə istinadən məlumat verir.

Vanuatunun Baş naziri Cotam Napat bildirib ki, bu saziş Avstraliyanın növbəti onillikdə Vanuatuya sərmayə qoymasına imkan verəcək.

"Saziş hər iki ölkəyə çoxsaylı ticarət faydaları gətirəcək", - o bildirib.

Avstraliyanın Baş nazirinin müavini Riçard Marles isə qeyd edib ki, saziş "iki ölkənin ortaq taleyini" nümayiş etdirir.

"Bu, bir qonşu kimi bizim ortaq təhlükəsizlik mühitimizin və bir-birimizə qarşı öhdəliklərimizin olmasının etirafıdır", - Marles bildirib.

O əlavə edib ki, saziş yaxın həftələrdə Cotam Napat və Avstraliyanın Baş naziri Entoni Albaneze tərəfindən rəsmi qaydada imzalanacaq.

Saziş, həmçinin iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsini də əhatə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: