PKK terror təşkilatının Susiyadakı qollarından biri olan YPG mart razılaşmasına əməl etmir.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, YPG vaxtı uzatmaq siyasətindən əl çəkməlidir:
"Onlar heç bir halda istədiklərinə nail ola bilməyəcəkər. Yol nə qədər yaxındır, bölgədəki yeni dönəm və ruha yönəlik addım atmaq lazımdır”.
Nazir YPG idarəedicilərinə çağırış da edib:
“Bir daha YPG rəhbrəliyinə çağırış edirəm ki, Türkiyə və bölgə üçün təhdid olmaqdan vaz keçsinlər, rəsmi Dəməşqlə təmasa keçərək razılaşmanı yerinə yetirsinlər”.