Qazaxıstan Prezidenti: Narkomaniya cəmiyyəti məhv edir

A- A A+

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasında bildirib ki, narkomaniya cəmiyyəti məhv edir, bir çox gəncin gələcəyini əlindən alır, millətin sağlamlığına birbaşa təhlükə yaradır. O əlavə edib: “Narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı qlobal tendensiya həyəcanverici xarakter alır. Bir çox ölkənin hökumətləri problemə təkcə fiziki və əqli asılılıq kimi deyil, həm də geniş sosial, iqtisadi və hüquqi hadisə kimi baxmağa başlayıblar. Narkomaniya termini bu yanaşmanı əks etdirir”.

NUHÇIXAN Qazaxıstan Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, Tokayev əlavə edib: “Ekspertlər və alimlər qeyd edirlər ki, narkomaniya anlayışı bu bəlanın özündən daha genişdir, o, geniş sosial, iqtisadi və hüquqi problemlərə, o cümlədən milli təhlükəsizlik kontekstinə təsir edir”.

Prezident narkomanların tibbi və reabilitasiya tədbirləri ilə kifayət qədər əhatə olunmaması məsələsinin həllinin zəruriliyini bildirib. O deyib: ““Bir çox narkoman və onların yaxınları ictimailəşmədən və qınaqdan qorxaraq problemlərini gizlədirlər”.

İclasda vurğulanıb ki, dövlət siyasəti narkomanlara qarşı çevik, narkobiznesə qarşı isə sərt və dözümsüz olmalıdır.

Kasım-Jomart Tokayev digər təxirəsalınmaz vəzifə olaraq qarşıya statistik məlumatların toplanması və emalı, habelə kimyəvi maddələrin hərəkətinin izlənməsi üzrə informasiya-analitik işin təkmilləşdirilməsini qoyub.

Qazaxıstan Prezidenti narkomaniyanın qarşısının alınması, xüsusilə də təhsil və informasiya sahəsində işin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib. Dövlət başçısı narkotik vasitələrin gənclər arasında təbliğinin yolverilməzliyini də diqqətə çatdırıb, internetdə və media sənayesində qadağan olunmuş maddələrin və spirtli içkilərin istifadəsinin romantikləşdirilməsinin mənfi tendensiyasını qeyd edib.

İclasda, həmçinin narkotiklərlə bağlı cinayətlərin aşkar edilməsi, qarşısının alınması və cəzalandırılmasının səmərəliliyinin artırılması ilə bağlı bir sıra məsələlərə xüsusi diqqət yetirilib. “İstənilən növ narkotik vasitələrin istehsalı və satışı ciddi şəkildə qadağan edilməli və dövlət tərəfindən ciddi nəzarətdə saxlanılmalıdır”, - deyə Qazaxıstan Prezidenti bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: