Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək

A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 15-də Qırğızıstanda keçiriləcək Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə N.Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

Onun sözlərinə görə, N.Paşinyan avqustun 12-dən 15-dək məzuniyyətdədir.

Qeyd edək ki, iclasda iqlim gündəliyinin tənzimlənməsinə yanaşmalar, eləcə də AİB üzv dövlətlərinin 2024-26-cı illər üçün əlaqələndirilmiş nəqliyyat siyasətinin həyata keçirilməsinin əsas istiqamətləri, tədbirlər proqramının modernləşdirilməsi, ümumi əczaçılıq bazarlarının inkişafı konsepsiyası haqqında saziş müzakirə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: