Tramp: Vaşinqton dünyanın ən yüksək cinayətkarlıq səviyyəsinə malik şəhərlərindən biridir

A- A A+

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda cinayətkarlıq səviyyəsinə görə dünyanın bütün şəhərləri arasında ilk sırada qərarlaşdığını bildirib.

NUHÇIXAN-ın məlumatına görə, siyasətçi bu bəyanatla "Truth Social" sosial şəbəkəsində çıxış edib.

"Vaşinqton dünyanın ən yüksək cinayətkarlıq səviyyəsinə malik şəhərlərindən biridir. Bu göstərici bir çox üçüncü dünya ölkələrindən daha yüksəkdir", - deyə Tramp vurğulayıb.

Siyasətçinin fikrincə, Vaşinqton qətllərin sayına görə Mexiko, Boqota, İslamabad və Əddis-Əbəbə kimi şəhərləri üstələyir.

Qeyd edək ki, Tramp daha əvvəl asayişi bərpa etmək üçün Vaşinqtona Milli Qvardiyanı göndərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: