Pakistanın Baş naziri: Hindistan Cammu və Kəşmir məsələsinin həlli üçün iradə nümayiş etdirməlidir

A- A A+

Hindistan Cammu və Kəşmir məsələsinin diplomatiya yolu ilə həlli üçün iradə nümayiş etdirməlidir.

NUHÇIXAN xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Müstəqillik Günü münasibətilə xalqa müraciətində qeyd edib.

O xatırladıb ki, 2025-ci il mayın 6-10-da Hindistan hücumu nəticəsində başlayan müharibədə qazanılmış zəfər yalnız azadlığın əhəmiyyətini artırmaqla kifayətlənmədi, həm də pakistanlıların qəlbində yeni bir arzu və coşqu oyadaraq Müstəqillik Gününün sevincini və təntənəsini qat-qat artırdı:

"Ordumuzun hərbi gücü, qəhrəmanlığı və inancı düşməni diz çökdürdü. Eyni ruhla biz su ehtiyatları da daxil olmaqla milli maraqlarımızı qorumaqda ayıq-sayıq dayanmışıq. Pakistanın suverenliyini qorumaq əzmimizi ifadə edərək sülhpərvər bir millət kimi regional və qlobal məsələlərin dialoq və diplomatiya yolu ilə həllinə inamımızı bir daha təsdiq edirik. Hindistan da Cammu və Kəşmir mübahisəsi daxil olmaqla bütün məsələlərin həlli üçün eyni iradəni nümayiş etdirməlidir”.

Öz növbəsində, Pakistan Prezidenti Asif Əli Zərdari də xalqa müraciətində bildirib ki, bu gün dünya ölkəsinə sülh axtaran, lakin təzyiq qarşısında boyun əyməyən bir dövlət kimi baxır:

“Bu gün Hindistan tərəfindən qanunsuz işğal olunmuş Cammu və Kəşmir əhalisi ilə həmrəyliyimizi ifadə edirik. Onların ədalət və öz müqəddəratını təyinetmə uğrunda göstərdikləri cəsarət və mübarizə hər zaman ürəyimizdədir. Pakistan onların bu hüququ reallaşanadərk sarsılmaz diplomatik, mənəvi və siyasi dəstəyini davam etdirəcək".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: