Niderlandın Frisland bölgəsində hava şarının qəzaya uğraması bir nəfərin ölümü, azı beş nəfərin yaralanması ilə nəticələnib.
NUHÇIXAN “Bild” qəzetinə istinadla xəbər verir ki, içərisində 34 nəfərin olduğu hava şarını idarə edən pilot çəmənlik əraziyə eniş etməyə cəhd göstərib. Lakin bu zaman hava şəraitində baş verən kəskin dəyişikliklə əlaqədar faciə baş verib. Güclü külək dalğası şarı irəli doğru sürətlə hərəkət etdirib və şar yerə çırpılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.