Bu ilin iyul ayında Rusiya hərbçilərinin keçirdikləri əməliyyatlar nəticəsində Ukraynada mülki şəxslər arasında ölənlərin sayı üç illik maksimuma çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə BMT-nin Ukraynada İnsan Hüquqları üzrə Monitorinq Missiyası məlumat yayıb.
Məlumata görə, iyul ayında Ukraynada 286 mülki şəxs həlak olub, 1 388 nəfər yaralanıb ki, bu da 2022-ci ilin may ayından bəri ən yüksək göstərici olub və 2025-ci ilin iyun ayının statistikasını üstələyib.
Monitorinq missiyası vurğulayır ki, bu ilin yanvar-iyul aylarında itkilərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48 % artıb.
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlanmasından bəri monitorinq missiyası 726 uşaq da daxil olmaqla ən azı 13 883 mülki şəxsin ölümünü və 35 548 nəfərin, o cümlədən 2 234 uşağın yaralandığını sənədləşdirib.