Bu il Avropada son 186 il ərzində ən isti fevral ayı qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ümumavropa Hidrometeorologiya Xidmətində bildirilib. Məlumdur ki, 1833-cü ildən başlayaraq, Ukkel (Belçika) şəhərində gündüz və gecə temperaturunun gündəlik qeydi aparılır. Həmin vaxtdan götürdükdə, cari ilin fevralı istiliyinə görə rekord sayılıb.
Bu il orta maksimal temperatur Selsi şkalasına görə 11,5 dərəcə təşkil edib ki, bu da 100 il əvvəllə müqayisədə təqribən iki dəfə yüksəkdir. Ümumi orta temperatur gündüz və gecə nəzərə alınmaqla, 7,0 dərəcə Selsi təşkil edib. 1833-cü ildən bəri həmin göstərici orta hesabla 3,7 dərəcə olub.