"Erin" tropik fırtınasının gücü ikinci kateqoriyaya yüksəlib

A- A A+

Atlantik okeanında formalaşan "Erin" tropik fırtınası Saffir-Simpson şkalası üzrə ikinci kateqoriyaya çatıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə ABŞ-nin Qasırğaları Müşahidə üzrə Milli Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, atmosfer hadisəsi saatda 27 km sürətlə şimal-qərb istiqamətində hərəkət edir. Təbiət hadisəsi daxilində küləyin maksimum sürəti saniyədə 44,4 metrə çatır.

Qasırğa ilə əlaqədar hələlik fırtına xəbərdarlığı elan edilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: