Cənubi Koreyada qatar dəmiryolçuları vurub, ölən və yaralananlar var

A- A A+

Cənubi Koreyanın cənub-şərqindəki Çxondo şəhərində sərnişin qatarı Koreya Dövlət Dəmiryol Korporasiyasının (KORAIL) işçilərini vurub, iki işçi həlak olub, dörd nəfər ağır xəsarət alıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qatarda 89 sərnişin olub, onlar arasında xəsarət alanlar barədə hələlik məlumat verilmir. KORAIL-in məlumatına görə, işçilər Çxondoda son vaxtlar yağan güclü yağışlarla əlaqədar yoxlama aparırdılar. Rəsmilər qəzanın dəqiq səbəbini müəyyən etmək üçün araşdırmaya başlayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: