TBNM-də "dar boğazlar"ın aradan qaldırılması üçün 18 milyard dollar tələb olunacaq

A- A A+

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM və ya Orta Dəhliz) "dar boğazlar"ın aradan qaldırılması üçün 18 milyard ABŞ dolları tələb olunacaq.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Beynəlxalq ekspertlərin hesablamalarına görə, TBNM boyunca bütün “dar boğaz”ların aradan qaldırılması üçün 18 milyard ABŞ dolları lazımdır", - nazir qeyd edib.

N.Sauranbayev əlavə edib ki, Qazaxıstan öz ərazisində bununla bağlı bütün məsələləri artıq həll edir:

"Biz ilin sonuna qədər mövcud yolların modernləşdirilməsi ilə yanaşı, həm də müxtəlif sahələrdə ikinci yolların tikintisini həyata keçirirk ki, bu da məsafəni əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Bundan başqa, Aktau və Kurık limanlarında dibdərinləşdirmə işləri aparılır".

TBNM Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

2024-cü ildə Orta Dəhlizlə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin artaraq 5,2 milyon tona çatacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutun iştirakçısı olan ölkələrin ərazisindən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neftin payına düşəcək. 2027-ci ilə qədər marşrutun buraxılış qabiliyyəti ildə 10 milyon tona çata bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: