Rusiya Federasiyası və ABŞ prezidentlərinin avqustun 15-də Alyaskada keçirilən sammiti göstərdi ki, indiki Amerika administrasiyası Ukrayna ətrafında uzunmüddətli və dayanıqlı nizamlanmanın tapılmasına yönəlib.
NUHÇIXAN-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalında Nailə Əsgərzadəyə müsahibəsində deyib.
“Orada (Alyaskada - red.) çox yaxşı ab-hava var idi və bu, prezidentlərin (Vladimir Putin və Donald Tramp – red.) danışıqlardan sonra verdiyi bəyanatlarda öz əksini tapıb”, - o bildirib.
Lavrovun sözlərinə görə, Alyaskada faydalı söhbət olub.
O əlavə edib ki, Tramp və komandası xüsusilə Alyaskadakı görüşdən sonra Ukraynada nizamlanma məsələsinin həllinə çox daha dərindən yanaşmağa başlayıb.