İsraildə regenerativ tibb sahəsində sıçrayış edilib

A- A A+

Tel-Əviv Universiteti kök hüceyrələrdən insan onurğa beynini yetişdirməyi bacarıb. Bu, iflic olan insanlara yenidən yeriməyə ümid verir.

NUHÇIXAN  İsrail mediasına istinadla xəbər verir ki, Tel-Əviv Universitetinin alimlər qrupu regenerativ tibb sahəsində yeni nailiyyət əldə ediblər. Onlar kök hüceyrələrdən insan onurğa beynini yetişdirməyə nail olublar və indi heyvanlar üzərində aparılan uğurlu sınaqdan sonra İsrail Səhiyyə Nazirliyi insanlar üzərində klinik sınaqlara keçidi təsdiqləyib.

“TriSelf” biotexnoloji şirkətinin baş elmi işçisi, professor Tal Dvir bildirib: “Biz xroniki zədələri olan heyvanları müalicə edə biləcəyimizi göstərdik. Onların səksən faizindən çoxu yenidən normal yeriyə bildi. Bu nailiyyət bütün dünyada minlərlə iflic xəstəsinə ümid verir”.

Üç il əvvəl alimlər ilk dəfə laboratoriya şəraitində insan onurğa beynini düzəldiblər. O vaxtdan bəri layihə sürətlə inkişaf edir və heyvanlar üzərində aparılan təcrübələrin nəticələri təsirli uğur nümayiş etdirir. İnsan üzərində ilk əməliyyat yaxın gələcəkdə baş tutacaq. Tədqiqatçılar ümid edirlər ki, bir il ərzində iflic olmuş xəstəni tam həyata qaytara biləcəklər.

Onurğa beyni beyindən elektrik siqnallarını bədənin bütün hissələrinə ötürən sinir hüceyrələrindən ibarətdir. Professor Dvir izah edir: “Beyində qərar qəbul edilir, sonra elektrik impulsu onurğa beynindən keçir və oradan neyronlar bütün bədəndəki əzələləri aktivləşdirir. Bir zədə baş verdikdə siqnalın ötürülməsi zənciri pozulur. Kəsilmiş elektrik kabelini təsəvvür edin: iki hissə bir-birinə toxunmasa, elektrik siqnalı keçmir. Problem ondadır ki, onurğa beyni özünü bərpa etmək qabiliyyətinə malik deyil. Neyronlar dəri hüceyrələrindən fərqli olaraq bölünmür və özlərini yeniləmir. Zamanla zədələnmiş sahə siqnalların keçməsini onlara maneə törədən çapıq toxuması əvəz edir. Əgər zədə boyun nahiyəsində olarsa, dörd əzanın hamısı iflic olur. Bel bölgəsində olarsa, ayaqlar hərəkət etməyi dayandırır”.

Tədqiqatçılar fərdi yanaşmadan istifadə edirlər. Embrion kök hüceyrələr xəstənin öz qan hüceyrələrindən yaradılır və sonra neyronlara çevrilir. Xəstənin yağ toxumasından bir gel əmələ gəlir, orada yeni toxuma yaranır. Laboratoriyada onurğa beyninin embrion inkişafı simulyasiya edilir və bir aydan sonra neyron şəbəkələri olan tamhüquqlu üçölçülü implant formalaşır.

Növbəti addım klinik sınaqlardır. İsrail Səhiyyə Nazirliyi səkkiz xəstə üzərində ilk əməliyyatlara icazə verib. Professor Dvir deyir: “Qərara gəldik ki, ilk xəstə israilli olsun. Bu, mənim üçün aydındır: texnologiya burada hazırlanıb və İsrail cərrahlarının əməliyyatı ən yaxşı şəkildə həyata keçirəcəklərinə inanıram”.

Texnologiya nisbətən yeni ( bir ilədək) xəsarət almış xəstələr üçün məhdud saydadır. Lakin alimlər əmindirlər ki, uğurlu sınaqlardan sonra müalicə uzun illər iflic olanlara kömək edə biləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: