Avropanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərinin səhmləri Rusiya-Ukrayna müharibəsi ilə bağlı Vaşinqtonda keçirilən görüşdən sonra ucuzlaşmağa başlayıb.
NUHÇIXAN “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, buna səbəb həmin görüşdən sonra bir çox investorun müharibənin başa çatacağına dair gözləntilərlə əlaqədar səhm və istiqrazlarını satmaq barədə qərar qəbul etməsidir.
Məlumata görə, Almaniyanın nəhəng silah istehsalçısı “Rheinmetall” DAX indeksində ən çox dəyər itirən şirkət olub. Onun səhmləri 4,2 faiz ucuzlaşıb. MDAX indeksində isə tank ötürücü sistemlər istehsalçısı “Renk” və hərbi texnologiya təchizatçısı “Hensoldt”un hər birinin səhmləri 5 faizdən çox ucuzlaşıb. Fransanın “Thales” şirkəti 3, İsveçin SAAB konserni isə 4 faizdən çox dəyər itirib.