Bəzi Avropa liderləri Rusiya-Ukrayna müharibəsinin təcili şəkildə sona çatması ilə bağlı mənimlə eyni fikrə malik deyillər.
NUHÇIXAN-nın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ağ Evdə görüş zamanı Avropa liderlərindən biri bir-iki ay sonra yenidən görüşməyi tövsiyə edib. Tramp kimin haqqında danışdığını açıqlamayıb.
“Mən dedim ki, bir və ya iki aya daha 40 min insan öləcək. Bunu bu gecə etməliyik və mən etdim. Prezident Putinə zəng etdim və Prezident Zelenski ilə görüşü hazırlamağa çalışıram”, - deyə Tramp əlavə edib.