Dünyaca məşhur hakim Frenk Kaprio vəfat edib

A- A A+

ABŞ-nin dünyaca məşhur hakimi Frenk Kaprio 88 yaşında vəfat edib.

NUHÇIXAN  bu barədə NBC-yə istinadən xəbər verir ki, onun vəfatını oğlu açıqlayıb.

Qeyd edək ki, F. Kaprio 40 il Providens məhkəməsində hakimlik edib. O, daha çox "Caught in Providence" adlı televiziya proqamı ilə tanınıb.

2023-cü ildə hakimə xərçəng diaqnozu qoyulub, 1 il sonra isə xəstəliklə mübarizədə qalib gəlib.

Frenk Kaprionun adı Providens məhkəmə binasına verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: