Türkiyənin iki vilayətində meşə yanır

A- A A+

Türkiyənin Adana və Muğla vilayətlərində meşə yanır.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Qeyd olunub ki, Adananın Sarıçam və Muğlanın Seydikemer rayonlarında davam edən yanğınlara havadan və qurudan müdaxilə edilir.

Adanadakı əraziyə iki təyyarə, üç helikopter cəlb olunub.

Muğlada isə yeddi helikopter, altı təyyarə və digər texnikalar yanğının söndürülməsi üçün səfərbər olunub. Həmçinin yüzdən çox yanğınsöndürən ərazidədir.

Məlumata görə, Muğladakı yanğın məhdudlaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: