Ermənistanın Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
NUHÇIXAN-ın "Armenpress"ə istinadən məlumatına görə, bunu Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
"Bəli, baş nazir sammitdə iştirak edəcək", - o vurğulayıb.
Qeyd edək ki, ŞƏT sammiti bu il 31 avqust-1 sentyabrda Çinin Tyantszin şəhərində keçiriləcək.