Ciddədə Türkiyənin sədrliyi ilə İƏT XİN başçılarının növbədənkənar iclası keçiriləcək

A- A A+

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar yığıncağı keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, bu gün keçiriləcək toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edəcək.

İclasda H.Fidanın Qəzzada atəşkəsin əldə olunması, eləcə də inkişafı üçün müəyyən təşəbbüslər irəli sürəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: