Türkiyə hava məkanının etibarlı müdafiəçisi - “Polad qübbə” - FOTOLAR

A- A A+

Çoxqatlı hava və raketdən müdafiə arxitekturasından ibarət olan “Polad qübbə” getdikcə daha güclü olur. Süni zəkaya əsaslanaraq “Military 5G” sürətində tapşırıqları icra edə bilən yeni sistem Türkiyə səmasını daha etibarlı qoruyacaq. Əslində bu, bütün kəşfiyyat, döyüşü idarəetmə, radioelektron mübarizə vasitələrini vahid, süni intellektlə dəstəklənən rəqəmsal şəbəkəyə inteqrasiya edən yeni nəsil arxitekturadır. Türkiyənin yerli şirkətləri tərəfindən hazırlanan yeni nəsil sistemlər vasitəsilə unikal qalxan yaradan “Polad qübbə” ölkəyə qarşı havadan təhdidləri aradan qaldırmaq məqsədi daşıyır. Fərqli keyfiyyət və gücə malik hərbi texnikaları bir araya gətirdiyi üçün “sistemlər sistemi” kimi xarakterizə edilən layihəyə Türkiyənin texnologiya sahəsi üzrə flaqmanları olan “ASELSAN” və “ROKETSAN” şirkətləri, həmçinin, bir sıra müvafiq təşkilatlar cəlb edilib.  

NUHÇIXAN xəbər verir ki, bu sistem unikallığına görə dünya mediasının diqqət mərkəzindədir. “Asiya müdafiə təhlükəsizliyi” saytında “Polad qübbə”nin əsas elementlərindən biri olan SİPER haqqında ətraflı məlumatı özündə əks etdirən məqalə yayımlanıb. Həmin məqalədə bu sistem Türkiyənin S-400, Patriot və digər artan raket təhdidlərinə cavabı kimi qiymətləndirilir.

Türkiyənin 100 kilometrdən artıq məsafədə hədəfləri məhv edə bilən uzaq mənzilli SİPER sistemi “Polad qübbə” konsepsiyasının təməl daşı kimi meydana çıxır, milli təhlükəsizliyi gücləndirir, regional çəkindirmə qabiliyyətini genişləndirir və Ankaranı qlobal müdafiə ixracatçısı kimi formalaşdırır. SİPER, hava hücumundan müdafiə konstruksiyasının ən yüksək təbəqəsi olaraq qiymətləndirilir. 

Məqalədə taktiki-texniki xüsusiyyətlərindən geniş bəhs edilən SİPER Türkiyənin müdafiə müstəqilliyinin, strateji niyyətinin və artan regional güc statusunun simvolu olduğu qeyd olunur. Raketlərin və pilotsuz təyyarələrin müasir qarşıdurmaların nəticələrini təyin etdiyi bir dövrdə SİPER həm qalxan, həm də simvol kimi Türkiyənin səmasını möhkəmləndirir və həlledici güc olaraq özünü göstərir.

Nəriman Nəcəfov
NUHÇIXAN

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: