Ermənistanda inflyasiya və büdcə kəsiri artıb

A- A A+

Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin iyununda Ermənistan Respublikasında 2024-cü ilin iyun ayı ilə müqayisədə 3,9 faiz artıq inflyasiya qeydə alınıb.

Bu cür inflyasiya meylləri sosial cəhətdən həssas qrupların vəziyyətini daha da pisləşdirir. Əhalinin gəlirlərinin az qala yarısı ərzağa xərcləndiyi halda, hətta kiçik inflyasiya da onların həyat keyfiyyətinə birbaşa təsir göstərir.

NUHÇIXAN erməni mediasında aparılan müxtəlif təhlillərə əsasən xəbər verir ki, 2025-ci ilin birinci yarısında həm ixrac, həm də idxal göstəriciləri dərin enişdədir. 2025-ci ilin birinci yarısında Ermənistanın dövlət büdcəsində 39,2 milyard dram (təxminən 102 milyon 220 min ABŞ dolları) kəsir yaranıb ki, bu da yenidən işlənmiş planda nəzərdə tutulan kəsirdən təxminən 8,3 dəfə azdır. Yəni bu dəfə büdcənin icrası da plandan xeyli kənara çıxıb. Bu da bir daha Ermənistan hökumətinin büdcə planlaşdırılması sahəsində problemlərinin qaldığını təsdiqləyir.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: