İtaliyanın Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, UNESCO-nun IV forumu Parma şəhərində keçiriləcək.
NUHÇIXAN ANSA agentliyinə istinadla xəbər verir ki, İtaliyanın xarici siyasət idarəsi ölkənin Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı və Turizm Nazirliyi ilə apardığı məsləhətləşmələrdən sonra bu məlumatı açıqlayıb. Tədbirin keçirilmə tarixi və adı UNESCO tərəfindən dəqiqləşdiriləcək.