"Reuters": ABŞ rəqəmsal xidmətlərə görə Aİ rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər

A- A A+

ABŞ administrasiyası Avropa İttifaqının (Aİ) Rəqəmsal Xidmətlər Aktının ("Digital Services Act", DSA) müddəalarının həyata keçirilməsi səbəbindən Aİ-yə və ya Avropa ölkələrinin nümayəndələrinə qarşı sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, amerikalı rəsmilər ötən həftə bu məsələ ilə bağlı məsləhətləşmələr keçiriblər. Vaşinqton hələ Brüsselə qarşı məhdudiyyətlərlə bağlı yekun qərar qəbul etməyib. Bundan əlavə, konkret olaraq hansı tədbirlərdən söhbət getdiyi və potensial sanksiyaların kimə təsir edəcəyi məlum deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: