Ermənistanda hərbçinin özünə xəsarət yetirməsi üzrə cinayət işi açılıb

A- A A+

Ermənistan İstintaq Komitəsi hərbi qulluqçunun yaralanması ilə əlaqədar xəstəliyin simulyasiyası və ya özünə xəsarət yetirmə yolu ilə hərbi xidmət vəzifələrini yerinə yetirməkdən yayınma əlamətləri üzrə cinayət işi açıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl ölkənin Müdafiə Nazirliyi güllə yarası alan hərbi qulluqçunun xəstəxanaya yerləşdirildiyi və əməliyyat olunduğu barədə məlumatı təsdiqləyib.

Hazırda onun həyatına təhlükə yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: