Özbəkistan dünyanın iri limanlarında öz nümayəndəliklərini açacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə Özbəkistan Sərnişin və Yük Daşımaların İnkişafı üzrə Yol Xəritəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, Xəzər, Qara, Aralıq dənizləri və İran körfəzi akvatoriyasının limanlarında və transkontinental dəniz qovşaqlarında nümayəndəliklər, habelə frant-ofisləri, yükləmə-boşaltma ilə məşğul olan şirkətlərin yaradılması nəzərdə tutulur.
Bu istiqamətdə işlərə iyun ayının 1-dən başlanılacaq. Ölkənin İnvestisiyalar və Xarici Ticarət Nazirliyi və Ticarət-Sənaye Palatası bu işlərə nəzarət edəcək.